Papua - Yeni Qvineyada güclü zəlzələ olub - 7,2 bal

papua-yeni-qvineyada-guclu-zelzele-olub
Oxunma sayı: 852

Papua - Yeni Qvineyada sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən,yeraltı təkan Kokopo şəhərindən 156 km qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat verilmir.