Papua-Yeni Qvineyanın qurucusu vəfat etdi

papua-yeni-qvineyanin-qurucusu-vefat-etdi
Oxunma sayı: 891

Papua-Yeni Qvineyanın ilk Baş naziri Maykl Somare 84 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “EM TV” telekanalı ailənin bəyanatına istinadən xəbər verib.

Ölkəyə müstəqillik qazandıran Somare Port-Morsbidəki hospitalda vəfat edib. Keçmiş hökumət başçısının ailəsi bildirib ki, onun ölümünə səbəb çox gec aşkarlanmış mədəaltı vəzi xərçəngi olub.

Qeyd edək ki, Maykl Somare Papua-Yeni Qvineyanın 1975-ci ildə müstəqilliyini elan etməsindən sonra ölkənin ilk Baş naziri olub. O, 17 il ərzində hökumətə başçılıq edib. Somare parlamentdə bir neçə il işlədikdən sonra 2017-ci ildə siyasətdən getmək qərarına gəlib.