Papua-Yeni Qvineyeda güclü zəlzələ olub

papua-yeni-qvineyeda-guclu-zelzele-olub
Oxunma sayı: 968

Papua-Yeni Qvineyeda 6 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.

Zəlzələnin episentri 19 minə yaxın əhalisi olan Kimbe şəhərindən 114 kilometr şimali-şərqdə, ocağı isə 150 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə hələlik məlumat verilməyib.