Paraatıcılarımız finala yüksələ bilmədi

paraaticilarimiz-finala-yuksele-bilmedi
Oxunma sayı: 1031

Azərbaycan paraatıcıları Kamran Zeynalov və Aybəniz Babayeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

“Qafqazinfo” xəbər verir ki, idmançılarımız SH1 kateqoriyasında 50 metr məsafəyə atışda yarışıblar.

Kamran Zeynalov 529 xalla 14-cü pillədə qərarlaşıb. Aybəniz Babayeva isə 507 xalla 26-cı olub.