Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında tarixi uğura imza atmış paraatletika üzrə Azərbaycan milli komandası Vətənə dönüb.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Lamiyə Vəliyeva (T13) 100 metr və 400 metr məsafəyə qaçışda, Orxan Aslanov (T13) və Səid Nəcəfzadə (T12) isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar. Yarışı ümumilikdə 4 qızıl mükafatla başa vuran yığma ilk dəfə mundialda medal əyarına görə belə nəticə göstərib. Bu qələbəyədək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş dünya çempionatında (3 qızıl, 1 gümüş və 2 bürünc medal) qeydə alınıb.