Paralimpiya yığmamızın bayraqdarı açıqlandı

paralimpiya-yigmamizin-bayraqdari-aciqlandi
Oxunma sayı: 1248

Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində Azərbaycanın 30 təmsilçisi iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, paralimpiya çempionu İlham Zəkiyev Tokioda Azərbaycanın bayraqdarı olacaq.