Paralimpiyaçılarımız mükafatlandırıldı

paralimpiyacilarimiz-mukafatlandirildi
Oxunma sayı: 1333


“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, iclasda Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlham Rəhimov çıxış edib. O bildirib ki, paralimpiyaçılar uzun müddət idi ki, bu yarışa hazırlaşıblar. 

Daha sonra Azərbaycanda Paralimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərinə görə İlham Zəkiyev "Paralimpiya medalı", birinci Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə Səbinə Abdullayeva, Zakir Mislimov, baş məşqçi İbrahim İbrahimov, şəxsi məşqçilər Elxan Rəcəbli, Yengibar Əliyev və Pərviz Baratov Azərbaycan Milli Paralimpiya Komitəsinin Fəxri fərmanı ilə təltif ediliblər.