Paralimpiyaçıların Tokio 2020-ə qazandıqları lisenziya sayı 34-ə çatdı

paralimpiyacilarin-tokio-2020-e-qazandiqlari-lisenziya-sayi-34-e-catdi
Oxunma sayı: 975

Azərbaycan parallimpiyaçıları Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına daha 2 lisenziya əldə ediblər.

“Qafqazinfo” xəbər verir ki, atletika milli komandasının üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək lisenziyaya sahib çıxıblar. 

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 34 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.