ABŞ-dakı son prezident seçkilərindən sonra inkişaf edən proseslər Amerika cəmiyyətində mövcud olan qütbləşmənin yaxın illərdə daha da dərinləşəcəyi ilə bağlı narahatlıqları artırır.
“Qafqazinfo” xəbər verir ki, konsaltinq şirkəti “Eurasia Group” gələn il üçün əsas risklərin illik reytinqində “Parçalanmış Amerika” yeni siyasi reallığını birinci yerdə qərarlaşdırıb.
Analitiklərin fikrincə, Co Baydenin prezidentlik dövrünün başlaması ilə ABŞ əhalisinin təxminən yarısının ölkə prezidentini qeyri-legitim saydığı bir dövrə başlayır.
Baydenin ABŞ-ın beynəlxalq məsələlərdə liderliyini bərpa etməyə çalışacağına inanırlar, ancaq qütbləşmə və daxili böhranların öhdəsindən gələ bilməməsi ölkənin yeni ümid aşılamasına mane olacaq.
.jpg)
ABŞ əhalisinin əhəmiyyətli bir hissəsinin prezident seçkilərinin nəticələrini şübhə altına alması, Konqresdəki Respublikaçılar və Demokratların əsas məsələlərdə razılığa gələ bilməməsi ilə ABŞ-da mövcud siyasi qütbləşmənin artması, təkcə daxili siyasətə deyil, eyni zamanda xarici siyasətə də təsirsiz ötüşmür. Vaşinqtondakı kəskin fikir ayrılıqları tədricən ABŞ müttəfiqlərinin öz maraqlarını güdməsinə məcbur edir, belə ki, yeni Bayden rəhbərliyininn siyasətinin nə qədər davamlı olacağı və növbəti prezidentin seçilməsi ilə bu kursun qalıb-qalmayacağı qeyri-müəyyən olaraq qalmaqdadır.
“Bir çox amerikalıların gözündə, ölkənin siyasi qurumları tədricən legitimliyini itirir, prezident liderlik problemləri ilə üzləşir və Konqres effektiv qanunvermə çətinliyi ilə qarşılaşır. Bu, ilk növbədə daxili problemdir. Ancaq bu, həm də beynəlxalq bir problemdir”,- deyə “Eurasia Group”un icraçı direktoru Yan Bremmer qeyd edib.
“Stratfor” analitik şirkətinin ekspertləri ABŞ-dakı dinamikanın beynəlxalq siyasətə əhəmiyyətli təsir göstərəcəyini hesab edir. Belə ki, Bayden rəhbərliyi Qərbin liberal dünya düzənini gücləndirməyə, müttəfiqlərlə əməkdaşlıq əlaqələrini bərpa etməyə və xarici siyasətə çoxtərəfli yanaşmaya qayıtmağa çalışaraq Trampın siyasi kursunu dəyişdirməyə çalışacaq.
.jpg)
Analitiklərin fikrincə, yeni administrasiya Tramp administrasiyasının çıxdığı bir sıra razılaşmaların yenidən müzakirəsi üçün çalışacaq, o cümlədən İranla güclü bir proqram üzrə danışıqları yenidən açmaq və Paris iqlim razılaşmasına yenidən qoşulmağa cəhd göstərəcək. Lakin ABŞ-ın müttəfiqlərlə münasibətləri yaxşılaşsa da, ciddi fikir ayrılıqları səbəbindən Avropa Birliyi də daxil olmaqla bir çox tərəflərlə əməkdaşlıq məhdud səviyyədə qalmağa davam edəcək.
Ekspertlərin fikrincə, ölkələrin qloballaşma əvəzinə millətçiliyə meyl göstərməsinin Bayden rəhbərliyinin şanslarını azaldacaq, bu tendensiyanın isə yaxın gələcəkdə dəyişəcəyi gözlənilmir.
Son xəbərlər
Son Xəbərlər