Paris-2024-ə terror aktı planlaşdıran gənc saxlanıldı

paris-2024-e-terror-akti-planlasdiran-genc-saxlanildi
Oxunma sayı: 1527

Fransa polisi ölkənin cənub-qərbindəki Bordo bölgəsində Paris-2024 Olimpiadası üçün terror aktı planlaşdıran bir şəxsi həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Həmin şəxsin 18 yaşlı gənc olduğu bildirilib.

Məlumata görə, gənc daha əvvəl bu barədə sosial media hesablarında da paylaşımlar edib.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.