“Qafqazinfo”ya daxil olan məlumata görə, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Fransa paytaxtındakı Azərbaycan Mədəniyyət Mərkəzində artıq 3 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinə start verilib. Yeni dərs ilinin ilk günündə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı Azərbaycannın Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Elçin Əmirbəyov da iştirak edib.
Həftəsonu məktəbinin təşkilatçısı, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbiri açaraq, şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Gələcək planları haqqında söz açan Paris Azərbaycan Evinin rəhbəri deyib ki, Fransada doğulub böyüyən uşaqlara ana dilinin, milli mədəniyyətimizin, tariximizin öyrədilməsi, adət-ənənələrimizin onlara aşılanması təşkilatın qarşısında duran mühüm vəzifələrdən biridir.
Qeyd edək ki, Paris Azərbaycan Evinin təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alır.
Son xəbərlər
Son Xəbərlər