“Paris Olimpiya Oyunlarını qəbul etməyə tam hazır deyil”

paris-olimpiya-oyunlarini-qebul-etmeye-tam-hazir-deyil
Oxunma sayı: 1415

Parisin meri Ann Hidalqo etiraf edib ki, şəhər 2024-cü il Olimpiya Oyunlarını qəbul etməyə tam hazır deyil.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “BFM” nəşri yayıb.

Merin sözlərinə görə, şəhər sakinləri müəyyən problemlərin olduğunu bilməlidirlər:

“Hələ bütün problemlər həll olunmayıb. Biz insanlara yalan danışmamalıyıq. Hər gün insanlar nəqliyyatda problem yaşayırsa, mən deyə bilmərəm ki, hər şey yaxşıdır və heç bir problem yoxdur”.