Paris terrorunun əsas şübhəlisi yaralı halda tutuldu - Foto

paris-terrorunun-esas-subhelisi-yarali-halda-tutuldu-
Oxunma sayı: 1700

Noyabrda Parisdə törədilmiş terror aktlarının əsas şübhəlisi olan Salah Abdeslam Molenbekdə keçirilən xüsusi əməliyyatlar zamanı yaralı halda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belçikada nəşr olunan “Demiere heure” qəzeti məlumat yayıb.

Belçika və Fransa polisləri martın 15-də Brüsseldə xüsusi əməliyyat keçirib. Ekstremistlərin olduğu mənzilə edilən hücum nəticəsində bir terrorçu öldürülüb, biri isə yaralanıb.
Həlak olanın 35 yaşlı Əlcəzair sakini Belkaid Muhamed olduğu bildirilir.

Salah Abdeslam isə Avropada ən çox axtarışda olan şəxslərdən biridir. O, 2015-ci ildə baş vermiş Paris terror aktlarında şübhəli bilinir.

S. Abdeslam 2015-ci il noyabrın 26-da beynəlxalq axtarışa verilib. Dekabrda KİV-də onun izinin itirildiyi haqda xəbər yayılıb. İlkin versiyalara görə, onun ya Belçikada, ya da Suriyada gizləndiyi deyilirdi.

Xatırladaq ki, Paris terroru nəticəsində 130 nəfər həlak olub, 350-dən çox insan isə yaralanıb.