Parisdə etiraz aksiyası, 141 nəfər saxlanılıb

parisde-etiraz-aksiyasi-141-nefer-saxlanilib
Oxunma sayı: 703

Fransada prezident seçkilərinin nəticəsi elan edildikdən paytaxt Parisdə etiraz aksiyaları başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “İrəli” hərəkatının lideri Emmanuel Makronun qalibiyyəti elan edildikdən sonra paytaxtda polislə etirazçılar arasında toqquşma baş verib. Aksiyada ümumilikdə qara rəng geyinmiş 300 radikal əhval-ruhiyyəli gənc iştirak edib. Onlar “Nə Makron, nə də Le pen” şüarları səsləndirib, polis əməkdaşlarına butulka və daş atıblar. Nümayişi dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. 

Fransa polisi 141 nəfəri saxlayıb.