Parisdə güclü partlayış - Yaralananlar var

parisde-guclu-partlayis
Oxunma sayı: 2088

Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Parisien” qəzeti məlumat yayıb.

Partlayış Nyuazi-le-Qran kommunasında olub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Yaralıların sayının artacağı güman edilir.

İlkin ehtimala əsasən partlayışa qaz sızması səbəb olub.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.