Parisdə məşhur mağazanı skuterlə soydular - İki milyonluq oğurluq

parisde-meshur-magazani-skuterle-soydular
Oxunma sayı: 1777

Fransanın paytaxtı Parisdə yerləşən məşhur “Chaumet” zərgərlik mağazasına silahlı basqın olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oğru təxminən 2 milyon avro dəyərindəki zinət əşyaları ilə qaçmağı bacarıb.

1780-ci ildən bəri fəaliyyət göstərən mağazanı soyan şəxs oraya elektrikli skuterlə gəlib.

Soyğun yerli saatla 17:10-da baş verib.

Paris Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.