Parisdə partlayış - 37 nəfər yaralandı

parisde-partlayis
Oxunma sayı: 2813

Parisin Sen-Jak küçəsindəki evdə baş verən partlayış nəticəsində 37 nəfər yaralanıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, yaralılardan 4-nün vəziyyəti ağırdır.

Hazırda xilasedicilər dağıntılar altında qalan iki nəfərin axtarışı ilə məşğuldur.

İnsidentə səbəb kimi təhlükəsizlik qaydalarının pozulması göstərilib.