Parisdə Xocalı soyqırımına dair sənədli film nümayiş olunub - Fotolar

parisde-xocali-soyqirimina-dair-senedli-film-numayis-olunub
Oxunma sayı: 1374

Parisin “Les 7 Parnassisens” kinoteatrında “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın “Sonsuz Dəhliz” sənədli filminin nümayişi və fransalı vəkil Jan Emmanuel Medinanın “Sivilizasiyaların toqquşmasından sonra panantropik yaxınlaşma” kitabının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış fransalı fotojurnalist Reza Deqati, Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Orxan Kərimov, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri, filmin prodüserləri, elm xadimləri, media mənsubları və soydaşlarımız iştirak ediblər.

Həmçinin oxuyun: Прооперирован солдат, получивший ранение в Лачине - Видео

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın hazırladığı “Sonsuz Dəhliz” sənədli filminin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fransız dilinə dublyaj edilib.

Tədbir fransalı vəkil Jan Emmanuel Medinanın Xocalı soyqırımına həsr olunmuş “Sivilizasiyaların toqquşmasından sonra panantropik yaxınlaşma” adlı kitabının təqdimatı ilə davam edib.

Xatırladaq ki, “Sonsuz Dəhliz” sənədli filmində 23 il əvvəl hərbi müxbir olan Riçard Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb.