Parisdə yenidən etiraz aksiyası başladı

Parisdə yenidən etiraz aksiyası başladı
Oxunma sayı: 486

Fransada pensiya islahatları ilə bağlı düzəlişlərdən sonra Parisdə yenidən aksiyalar başlayıb.

“Qafqazinfo” “Blumberq”ə istinadən xəbər verir ki, yeni islahatlara əsasən, 2027-ci ildən təqaüd yaşı 62-dən 64-ə qaldırılacaq. Bu qərar 2022-ci ildən iş fəaliyyətinə başlayanlara aid ediləcək və 1975-ci ildən əvvəl doğulanlara şamil olunmur. Baş Nazir Eduar Filippin sözlərinə görə, yeni islahatlar bütün həyatı boyu işləyənlərə 1000 avro məbləğində pensiya almağa imkan verəcək.

Qeyd edək ki, Fransada dekabrın 5-dən pensiya islahatları əleyhinə aksiyalar başlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi