Fransanın paytaxtı Parisdə evsiz bir şəxs bələdiyyəyə məxsus yük maşınını qaçıraraq izdihama hücum çəkib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, biri isə ağır yaralanıb.
Bildirilib ki, hadisə paytaxtın La Defense adlanan hissəsində baş verib.
Şəhər polisinin yaydığı məlumata əsasən, həmin şəxs hücumun ardından hadisə yerindən qaçaraq uzaqlaşıb, dəmiryolu xəttinə özünü ataraq intihar etmək istəyərkən yaxalanıb.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə hələlik terror aktı kimi dəyərləndirilməyib.
Son xəbərlər
Son Xəbərlər