Parisdə yüzlərlə insan Əlcəzair prezidentinə qarşı küçələrə çıxıb

parisde-yuzlerle-insan-elcezair-prezidentine-qarsi-kucelere-cixib
Oxunma sayı: 1446

Parisdə bu gün səhər yüzlərlə insan Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın yenidən namizədliyini irəli sürməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Respublika meydanına çıxan nümayişçilər əllərində Əlcəzair bayraqları və “Biz monarxiya deyil, demokratiya istəyirik”, “Prezident- sağ olan kəsdir” yazılı plakatlar tutublar. 

Aksiyada Parisdə yaşayan Əlcəzair vətəndaşları iştirak ediblər. 

Qeyd edək ki, Əlcəzairdə artıq üç həftədir ki, 82 yaşlı Buteflikanın beşinci dəfə prezident postuna namizədliyini irəli sürməsinə etiraz əlaməti olaraq aksiyalar keçirilir.