Parisdəki bıçaqlı hücumla bağlı daha 2 nəfər saxlanıldı

parisdeki-bicaqli-hucumla-bagli-daha-2-nefer-saxlanildi
Oxunma sayı: 1162

Fransa polisi Paris şəhərində “Charlie Hebdo” satirik jurnalının keçmiş binasının yaxınlığında bıçaqlı hücum törətməkdə şübhəli bilinən 18 yaşlı pakistanlının kiçik qardaşı və tanışını saxlayıb. 

“Qafqazinfo” bildirir ki, bu barədə “France-Presse” agentliyi xəbər verib.

Beləliklə, həmin instintaq çərçivəsində saxlanılanların sayı doqquza çatıb. Daha əvvəl Parisin şimal ətrafındakı şübhəli şəxslə birlikdə yaşayan beş nəfər, eləcə də onun keçmiş mənzil yoldaşı saxlanılmışdı. Şübhəli kimi saxlanılan daha bir nəfər - 33 yaşlı əlcəzairli cümə günü axşam sərbəst buraxılıb.