Parisə yürüşə gələn baş nazir yıxıldı- - Fotolar

parise-yuruse-gelen-bas-nazir-yixildi-
Oxunma sayı: 6147


“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, hadisə baş nazirin Fransa prezidentinin Yelisey iqamətgahından çıxdığı zaman baş verib. Ayağı burxulan Torninq-Şmitt jurnalistlərin onu gözlədiyi sarayın önündə yıxılıb. 

Maraqlısı budur ki, bu, Yelisey sarayı qarşısında baş nazirin başına gələn ilk hadisə deyilmiş: 

“Bu, artıq ikinci belə hadisədir. Bir dəfə mən bu pilləkanlarda öz ayaqqabımı itirmişdim. Qəribədir... Narahat olmayın, hər şey qaydasındadır”- deyə baş nazir jurnaistlərə bildirib. 

Yıxılan zaman onun yanında ölkənin müdafiə naziri Nikolai Vammen və ədliyyə naziri Mette Frederiksen olub. Onlar Torninq-Şmittə qalxmaqda kömək ediblər.