“Park Bulvar”da “Biz də burdayıq”

park-bulvarda-biz-de-burdayiq
Oxunma sayı: 654

Səfər zamanı rəssamlar küçə uşaqları və kimsəsiz uşaqlar habelə məcburi köçkün və qaçqın uşaqlar üçün bir sıra seminarlar təşkil ediblər. Onlara ustad dərsləri keçiblər. Proqramın yekun mərhələsi kimi bu gün “Park Bulvar” AVM-də sərgi təşkil olunacaq. AVM-in PR meneceri Günay Malikqızının “Qafqazinfo”ya verdiyi məlumata görə, Bakı və Gəncə şəhərində uşaqların ərsəyə gətirdiyi nümunələr “Park Bulvar” AVM-də sərgilənəcək. ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə “Biz də burdayıq” şüarı ilə keçirilən sərgidə uşaqların daxili aləmini, düşüncələrini görmək mümkün olacaq.

Nigar Məmmədli