“Park Bulvar”da oğurluq edən tutuldu

park-bulvarda-ogurluq-eden-tutuldu
Oxunma sayı: 741

Fevralın 26-sı saat 20 radələrində, “Park Bulvar” TM-də Bakı şəhər sakini Elnarə Hüseynzadənin çantasından 1300 manat, 300 ABŞ dolları və sənədlər oğurlanıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev martın 1-də yaxalanıb və ondan 0,208 qram heroin aşkar olunub.

Fevralın 26-sı saat 19:30 radələrində, Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində Bakı şəhər sakini Əsəd Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə velosipedçi, Balakən rayon sakini İntiqam Abdullayevi vurub. İ.Abdullayev 3 saylı xəstəxanaya daxil olmuş və martın 1-də orada ölüb.

Binəqədi RPİ CAŞ və 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Zərifə Qocayeva tutulub.

Fevralın 29-u saat 22 radələrində, Bakı şəhər sakini Zaur Əliyev döş qəfəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə Niyazi küçəsi 3-də yerləşən bağdan KTM-ə daxil olub. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakini Cəmil Muradov martın 1-də yaxalanıb.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Allahyar Əliyev tutulub.