“Park-Bulvar”da oğurluq edən tutuldu - Kriminal xəbərlər

park-bulvarda-ogurluq-eden-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 695

Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mirsaleh Mirbabayevdən 5 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, fevralın 2-də Neftçilər prospektində yerləşən “Park-Bulvar” ticarət mərkəzində Bakı şəhər sakini Nərgiz Dərgahovanın əl çantasından mobil telefonunu oğurlamışdır.

Fevralın 13-də Sahil qəsəbəsində qanunsuz ov edən Salyan rayon sakini Fərhad Qafarov Qaradağ RPİ PPXB əməkdaşları tərəfindən saxlanaraq ərazi üzrə 38-ci PB-yə gətirilmiş və ondan sənədi olmayan 24 ədəd patronu ilə birlikdə «Baykal» markalı ov tüfəngi götürülmüşdür.

Nizami RPİ CAŞ və 25-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Rauf Sadıqov, Anar Qasımov və Ramil Qasımov fevralın 13-də tutulmuşlar. Məlum olmuşdur ki, onlar fevralın 12-də Q.Qarayev prospektində Elməddin Ramazanovu bıçaqla hədələyərək mobil telefonunu, R.Rüstəm küçəsində Təravət Mustafayevanın içərisində 20 manat və mobil telefon olan əl çantasını və Ş.Mirzəyev küçəsində Nəsibə Aslanovanın içərisində 160 manat və mobil telefon olan əl çantasını əlindən alıb qaçmışlar. Saxlanılanlar elə həmin gün xuliqanlıq zəminində Türkiyə Respublikasının vətəndaşı Sekcuk Sönməzin icərəyə işlətdiyi Q.Qarayev prospektində yerləşən kafedə əşyaları və oturacaqları sındıraraq yararsız hala salmışlar.

Yasamal RPİ NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qubat Quliyevdən 470 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir.

Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Aydəmirovdan sandıqçasında 2 ədəd patronu olan «PM» tapançası aşkar edilmişdir.