“Park City” aztəminatlı ailələrə Ramazan payı hədiyyə etdi - Fotolar

park-city-azteminatli-ailelere-ramazan-payi-hediyye-etdi
Oxunma sayı: 1859

Məlumdur ki, ötən ilin sonlarından dünyanı ağuşuna almış COVİD-19 pandemiyası ölkəmizdən də yan ötməyib. Ölkə rəhbərinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. 

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın çağırışına əsasən bu istiqamətdə görülən tədbirlər davam etdirilir. Karantin rejimi ilə əlaqədar sosial müdafiəyə  və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə  yardım edilir, ehtiyacları qarşılanır.

“Park City” tikinti şirkətinin rəhbərliyinin  təşəbbüsü ilə mövcüd vəziyyət və Ramazan ayı ilə  əlaqədar Neftçilər, Masazır, Xırdalan, Nərimanov daxil olmaqla, Bakı və Abşeronun  rayon, qəsəbə və kəndlərində, eləcə də İmişli, Saatlı rayonlarında 350-ə yaxın  aztəminatlı ailəyə, yaşlı və tənha insanlara ərzaq və gündəlik istifadə üçün lazım olan məhsullardan ibarət bağlamalar hədiyyə olunub.