Parkda 21 yaşlı qız bıçaqlandı

parkda-21-yasli-qiz-bicaqlandi
Oxunma sayı: 3809

Göyçayda 21 yaşlı qıza parkda xəsarət yetirilib.

"Qafqazinfo"nun məlumatına görə, 1959-cu il təvəllüdlü Elbrus Əliyev şəhər ərazisində yerləşən parkların birində 2002-ci il təvəllüdlü C.İsmayılova ilə mübahisə edib. Mübahisə zamanı C.İsmayılova E.Əliyevin ünvanına nalayiq ifadələr işlədib. Sonuncu bundan əsəbləşərək qadına üzərində daşıdığı bıçaqla xəsarət yetirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub:

"Keçirilən tədbir zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır".

Amin Nəzərli