Parkda hərbi xidmətə yolasalma mərasimi keçirilib

parkda-herbi-xidmete-yolasalma-merasimi-kecirilib
Oxunma sayı: 1113


“Qafqazinfo” xəbər verir ki. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2014-cü il iyulun 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsində toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.

Rayon icra hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin birgə təşkilatçılığı ilə metronun “Nəriman Nərimanov ” stansiyasının yanındakı parkda təşkil olunmuş gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən təntənəli yolasalma mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

Daha sonra hərbi xidmətə yola salınan çağırışçı gənclərə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.