Parkda qadına qarşı soyğunçuluq edən qardaşlar saxlanıldı

parkda-qadina-qarsi-soygunculuq-eden-qardaslar-saxlanildi
Oxunma sayı: 967

Fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxslər Post-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.