“Parking”dəki maşınlara od vurub yandırdılar - İstanbulda

parkingdeki-masinlara-od-vurub-yandirdilar-
Oxunma sayı: 1577

İstanbulun Fatih rayonunun Qumqapı məhəlləsində terrorçular tərəfindən yeddi minik maşını yandırılıb.

“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, terrorçular yol kənarında park edilmiş avtomobillərin üstünə benzin tökərək od vurulublar.

Hadisə ilə bağlı istintaq başlanıb.

Qeyd edək ki, bundan əvvəl Bəyoğlu məhəlləsində ayrı-ayrı vaxtlarda avtomobilləri yandıran bir qurub PKK mənsubu İstanbul polisi tərəfindən zərərsizləşdirilmişdi.