“Şəhərin bir sıra yerində yeraltı parklanma yerləri yaradılıb. Ancaq girirsən içəri, elə bil futbol meydançasıdır, bomboşdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib.
O qeyd edib ki, buna səbəb qiymətlərin baha olmasıdır: “Qiymətlər aşağı düşməlidir. Yığılan vəsait dövlət büdcəsinə getməlidir. Çünki bunlar artıq tikilmiş hazır parklanma yerləridir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər