Parlament bu qanun layihəsini də qəbul etdi

parlament-bu-qanun-layihesini-de-qebul-etdi
Oxunma sayı: 2931

Milli Məclis “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, beş maddədən ibarət yeni qanun layihəsində eyniadlı beynəlxalq Konvensiya əsas götürülüb.

Qanuna əsasən, kimyəvi silahların komponentlərinin hər hansı formada istehsalı qadağan edilir. Bunun üçün xüsusi təftiş qrupu yaradılacaq. Hər il bu məsələ ilə bağlı beynəlxalq təşkilata hesabat veriləcək. Qanun layihəsində kənd təsərrüfatında, sənayedə, tibbdə kimyəvi silahlara aid edilməyən maddələrin və komponentlərin istehsalına qadağa qoyulmur.

Deputat Asim Mollazadə bildirib ki, qanuna görə, Azərbaycan kimyəvi silahların məhv edilməsini də öz üzərinə götürür: “Lakin bizim ölkədə bunun üçün lazımi texnika və avadanlıq yoxdur. Bu proses çox bahalı və çətindir. Əgər biz bu öhdəliyi üzərimizə götürürüksə, gərək beynəlxalq təşkilatlara müraciət edək ki, bizim üçün bu işi görsünlər”.