Parlament işini dayandırdı - Milli qvardiyaya görə

parlament-isini-dayandirdi
Oxunma sayı: 818

Venesuela Milli Assambleyası çərşənbə axşamı iclası dayandırmaq barədə qərar qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə parlamentin tvitter hesabında bildirilir.

Məlumata görə, qərarın qəbul edilməsinə milli qvardiyanın jurnalistlərə binaya daxil olmağa qadağa qoyması səbəb olub.

Qeyd edək ki, aprel ayından başlayaraq ölkədə müxalifət və prezident Nikolas Madura tərəfdarları arasında toqquşmalar baş verir. İğtişaşlar zamanı ölənlərin sayı 93-ə çatıb. 2 minə yaxın insan xəsarət alıb.