“Qafqazinfo” xəbər verir ki, parlamentin Mədəniyyət komitəsinin Nizami Cəfərov məlumat verib və qeyd edib ki, Yayım Şurasının üç üzvünün səlahiyyət müddəti bitdiyi onların yeni şəxslərlə əvəzlənməsi nəzərdə tutulur. Onların yerinə sahibkarlar, qadınlar və gənclər təşkilatlarından hərəsindən iki nəfər olmaqla 6 nəfərin namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra Sahibkarlar Konfedarasiyasının vitse prezidenti Vüqar Zeynalov, “İrəli” İctimai birliyinin sədri Mirhəsən Seyidov və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova Yayım Şurasının üzvü seçiliblər.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər