Parlamentdə deputatlardan himnə hörmətsizlik - Arxalarını çevirdilər+Video

parlamentde-deputatlardan-himne-hormetsizlik
Oxunma sayı: 6542

Avropa Parlamentinin Strazburqda keçirilən yeni iclası qalmaqalla başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Parlamentin himni səslənən zaman “Brexit” (Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını nəzərdə tutan saziş – red.) tərəfdarı olan 29 ingilis millət vəkili arxasını çevirib. Bununla da onlar Avropaya etirazlarını bildiriblər.

Millət vəkillərinin Bethovenin “Ode to Joy” marşı çalınarkən arxalarını çevirməsi sərt reaksiyalara səbəb olub.

Bu arada Liberal Demokrratlar “Brexiti dayandırın” şüarı yazılmış koftalarla Parlament binasına daxil olublar.

Qeyd edək k, sabah AP-nin yeni sədri seçiləcək.