Millət vəkili Tahir Krəimli bu gün Milli Məclisdə çıxışı zamanı Bakı şəhərində Azərbaycan dilinə sayğısızlığın olmasından şikayətlənib.
“Qafqazinfo” xəbər verir ki, T. Kərimli deyib ki, şəhərdə az qala uşaqlar da rus dilində danışır. Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı Azərbaycan dilinə əcnəbi sözlərin daxil olmasının qarşısının alınmasını xatırladan T. Kərimli bildirib ki, xüsusən milli elitaya daxil olan bir sıra şəxlər Azərbaycan dilində danışmırlar. Millət vəkili bu kimi hallara xüsusi nəzarət edilməsini vacib sayıb.
Spiker Oqtay Əsədov isə qeyd edib ki, o elita ki, öz dilində danışmır, milli dilini bilmir, o elita milli sayılmır: “Azərbaycan dili dövlət dilidir. Ancan Azərbaycanda həm də rusdilli məktəblər var. Lakin mən elə bir dövlət təşkilatı tanımıram ki, orada Azərbaycan dilində danışmasınlar. Dövlət dili ilə bağlı qanunlar qəbul etmişik və çalışmalıyıq ki, bu qanunları da pozmayaq”.
Son xəbərlər
Son Xəbərlər