Parlamentdə nurçu mövzusu qalmaqal yaratdı

parlamentde-nurcu-movzusu-qalmaqal-yaratdi
Oxunma sayı: 3617


“Qafqazinfo” xəbər verir ki, parlamentin bugünkü iclasında çıxış edən millət vəkili qeyd edib ki, son günlər  Azərbaycan parlamentinə yönəldilmiş bir mövzu süni şəkildə gündəmə gətirilir: 

“Son dövrlər Türkiyənin həyatında böyük hadisələr olur. Bu da aydındır. Çünki Türkiyə böyük və regional dövlətdir.Onların  camaatla olan problemlərini Azərbaycana keçirmək kimi niyyətlər var. Azərbaycan  parlamentin 20 üzvünün  nurçularla əlaqəsi olduğunu deyirlər.  Bu yanlışdır. Onlar burda ancaq təhsil prosesinə xidmət edir. Konkret başqa iddiaları yoxdur”

Oqtay Əsədov millət vəkilinə cavab olaraq bildirib ki, niyə görə siz həmişə süni, şər məsələlərini parlamentdə qaldırırsınız. Bu parlamentdə danışalası məsələ deyil.

Günel