Parlamentdə onlara yeni vəzifə verildi

parlamentde-onlara-yeni-vezife-verildi
Oxunma sayı: 5968

Milli Məclisin strukturunda dəyişiklik həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, parlamentdə yeni Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoru yaradılıb. Həmin sektora 1989-cu il təvəllüdlü Kənan Axundov təyin edilib. 

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin deputat köməkçiləri ilə iş sektorunun müdiri Elşad İsmayılov isə vəzifəsindən azad edilib.  Onun yerinə 1984-cü il təvəllüdlü Ruslan Hacıyev adıçəkilən sektora müdir təyin edilib.