Parlamentdə Suriyada döyüşən azərbaycanlılar- - Mövzusu

parlamentde-suriyada-doyusen-azerbaycanlilar-
Oxunma sayı: 1337


“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında deyib

Millət vəkili bildirib ki, Azərbaycan bunun üzərindən sükutla keçə biıməz: “Müxalif cəhbəsində Bəşər Əsəd rejiminə qarşı vuruşurlar. Bunlar terror şəbəkəsinin içindədədirlər. Azərbaycanı xarakterizə mühüm cəhət terrora mübarizə aparmasıdır. Orada döyüşənlər təkcə ailəsinə ziyan vurmur. Onların adları terrorçu qruplara salınır.

Bunlar  həm də dövlətin ayağına yazılır. Baş Prokurorluq cinayət işi qaldırmalıdır.  İnsanlar bilməlidir  ki, onlar vətənə qəhrəman kimi dönməyəcəklər”.

Spiker Oqtay Əsədov Zahidin orucun fikirlərinə belə münasibət bildirib: “Dediklərinizdə həqiqət var, vuruşanların  hamısına terrorçu demək də düzgün deyil. Bunlar  muzdlu əsgərlərdir. Qabağını almaq həqiqətən çətindir”.

***

Millət vəkili Siyavuş Novruzov isə son günlər Azərbaycanda terror aktı həyata keçirmək üçün bəzi təşkilatların verdiyi bəyanata toxunub. O bildirib ki, Azərbaycanda olan ictimai-siyasi sabitlik hansısa təşkilata sərf etmir.

Millət vəkili qeyd edib ki, onlar hədələmək yoluna keçiblər.:

"Bu yola Azərbaycana  qarşı hədələrini bildirmək istəyirlər. Azərbaycanın uğurlarını gözlərini götürmür. Amma bilsinlər ki, hər hansı təhdid Azərbaycan maraqlarından geri çəkilməyə imkan verməyəcək”.

Günel