Parlamentdə Xocalı ilə bağlı bəyanat

parlamentde-xocali-ile-bagli-beyanat
Oxunma sayı: 786

Milli Məclisin bu  gün keçirilən iclasında Xocalı soyqırımının 26- ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov plenar iclasda məlumat verib. O qeyd edib ki, hazırda parlamentin 20-yə yaxın üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak edir:

“Başqa bir neçə millət vəkilinin xarici ölkələrdəki tədbirlərə qatılması gözlənilir.  Eyni zamanda parlament adından da  beynəlxalq təşkilatlara bəyanat ünvanlanması ilə nəzərdə tututulur”.

 Günel Türksoy