Parlamentdə Xocalı qurbanları sükutla yad edildi

parlamentde-xocali-qurbanlari-sukutla-yad-edildi
Oxunma sayı: 746

Milli Məclisin bugünkü plenar iclasında deputatlar Xocalı soyqırımı qurbanlarını 1 dəqiqəlik sükutla yad edib.

"Qafqazinfo" xəbər verir ki, bu təşəbbüsü Milli Məclisin spikeri Sahibə Qafarova irəli sürüb. 

O bildirib ki, anım günü Prezident İlham Əliyevin sərəncamına əsasən dövlət səviyyəsində tədbirlərlə yad edilir: "Təklif edirəm ki, Xocalı soyqırımının qurbanlarını 1 dəqiqəlik sükutla yad edək".

Xocalı faciəsi haqda hazırlanan videoçarx Milli Məclisdə nümayiş etdirilib.