Parlamentə əlavə 726 min manat

parlamente-elave-726-min-manat
Oxunma sayı: 645

Moderator.az-ın məlumatına görə, nazir bildirib ki, Milli Məclisin xərclər smetası üçün əlavə 726 min manat vəsaitin ayrılması məqbul hesab edilib: “Bu xərclər xarici ezamiyyələrə və digər məsələlər üçün nəzərdə tutulub. Büdcə təşkilatlarının büdcədənkənar fəaliyyəti nəticəsində görülən işlərə və cərimələrdə nəzərdə tutulan gəlirlərə görə büdcədənkənar təşkilatların gəlirlərinin artmasını nəzərə alaraq həmin təşkilatların maddi-texniki təminatının yaxşılaşdırılması və əmək haqlarının artırılması məqsədilə bu sahəyə əlavə 35 milyon manat ayrılacaq”.

Nazir bildirib ki, bu dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlir və xərclər hissəsi dəyişib. Belə ki, büdcə gəlirləri 5 mln. manat artırılaraq 19,159 mlrd. manata, xərcləri isə 40 mln. manat artırılaraq 19,850 mlrd. manata qaldırılıb. Büdcə kəsiri isə 35 mln. manat artırılaraq 690 mln. manata çatdırılıb.