Parlamentin iki komissiyası təsdiq olundu

parlamentin-iki-komissiyasi-tesdiq-olundu
Oxunma sayı: 967

Millət vəkili Siyavuş Novruzov bundan sonra İntizam Komissiyasında təmsil olunmayacaq.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin İntizam Komisiyyasının yeni tərkibi formalaşaraq təsdiq edilib.

Qeyd edək ki, təsdiq olunan siyahıda S. Novruzovun adı yoxdur.

Bundan əlavə, parlamentin Hesablayıcı Komissiyasının da tərkibi təsdiq edilib. Komissiyanın sədri yenə də Fəttah Heydərov olacaq.