“Parnik”də yanğın

parnikde-yangin
Oxunma sayı: 1373

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Sabirabad rayonu, Qalağayın kəndində vətəndaşa məxsus ümumi sahəsi 6 ha olan istixanada 50 p.m elektrik naqilləri və 95 kv.m sahədə polietilen örtük yanıb.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.