“Qafqazinfo” xəbər verir ki, məclis üzvləri Azərbaycanın Dövlət Himnini oxumaqla işinə başlayan sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati məsələlər, bələdiyyə seçkilərinə hazırlıq müzakirə olundu. Öncə partiyanın sədri, millət vəkili İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət və məclisin gündəliyində dayanan digər məsələlərlə bağlı geniş məruzə etdi və məclis üzvlərinin suallarını cavablandırdı. Sonra Ali Məclisin sədri Ənvər Ağazadə, Partiya sədrinin Seçki və Təbliğat üzrə müavini Taleh Əliyev, habelə partiyanın Təşkilati Məsələlər üzrə müavini Rəfail Tağızadə mövzu ətrafında çıxış etdilər. 2014-cü il bələdiyyə seçkilərinə hazırlıq və təşkilati məsələlər müzakirə edildi və məclis üzvləri yeni təkliflər verdilər. Sonda rayon şöbələrinin sədrlərinə bələdiyyə seçkilərinə hazırlıqla bağlı təlimat və tapşırıqlar verildi.