“Qafqazinfo” xəbər verir ki, sessiya öz işinə Məclis üzvlərinin Azərbaycan Dövlət Himnini oxuması ilə başladı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra gündəlik səsə qoyuldu və təsdiqləndi. Gündəliyə çıxarılan təşkilatı məsələ, sədrin sərancamlarının təsdiqi və cari məsələlər müzakirə edilib. Ali Məclis yeni üzvlərini təsdiq edib.
Ali Məclisin sədri Ənvər Ağazadə Ümid Partiyası sədrinin sərəncamı ilə birinci müavin təyin edilməsi ilə əlaqədar Məclis sədrliyindən istefa verib. Tanınmış yazıçı, publisist Rəfail Tağızadənin Ali Məclis sədrliyinə namizədliyi irəli sürüldü və seçildi.Sədrin sərəncamları təsdiq edilib.
Sessiyada iştirak edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə təşkilati məsələlər, qarşıda duran vəzifələr və bələdiyyə seçkilərinə hazırlıqla bağlı məruzə ilə çıxış etdi, məclis üzvlərinə tapşırıq və tövsiyələrini verib.