Partiya mitinq keçirmək üçün BŞİH-nə müraciət etdi

partiya-mitinq-kecirmek-ucun-bsih-ne-muraciet-etdi
Oxunma sayı: 633

Partiyanın mətbuat xidmətindən Qafqazinfoya daxil olan məlumatda bildirilir ki, iclasda göstərilən səbəblər yetərli hesab edildiyindən aksiyanın dəqiq vaxtı təyin edilib. MMP İdarə Heyəti 22 oktyabr saat 16 00 da 5 min nəfərlik mitinq keçirməyin sosial və texniki bazasını təşkil etmək üçün hal- hazırda mitinq komitəsinə xüsusi tapşırıqlar verilib.

Partiya bildirib ki, ölkədə məmur özbaşınalığı, korrupsiyanın pik həddə çatması, rüşvət və süründürməçilik hallarının insanların həyat tərzini pisləşdirməsi həmçinin siyasi – psixoloji durum bu aksiya keçirməyə məcbur edib. Partiya bununla bağlı bu gün BŞİH-yə məktubla müraciət edilib.