Partiya müşavirə keçirdi

partiya-musavire-kecirdi
Oxunma sayı: 959


Partiyanın Mətbuat Xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, müşavirədə Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə, İcra Aparatının sədri Nəsimi Məmmədli, sədrin Təbliğat və Seçki məsələləri üzrə müavini Taleh Əliyev, Təşkilat Məsələləri üzrə sədrin müavini Rəfail Tağızadə Azərbaycanda və regionda  ictimai-siyasi vəziyyət və partiyanın təşkilat məsələləri ilə bağlı çıxış ediblər.

 Sonra müxalifət daxilində  baş verənlər və partiyalararası münasibətlər, Ümid Partiyasının siyasi kursu və fəaliyyət istiqamətləri, yerli təşkilatların  vəzifələri, rayon və şəhər şöbələri ilə mərkəzi aparatın əlaqələrinin daha səmərəli, koordinasiyalı təşkili və nəzarət mexanizmi, təşkilata yeni üzvlərin cəlb edilməsi, sosial şəbəkələrdə partiya üzvlərinin fəaliyyətinin artırılması, qarşıdan gələn bələdiyyə seçkiləri və bələdiyyələrin statusu, habelə 20 yanvar Şəhidlər Günü ilə bağlı tədbirlərin keçirilməsi və təşkili, digər  məsələlər müzakirə olunub Təşkilat sədrlərinin təklifləri dinlənilib və partiya rəhbərliyi müzakirə olunan məsələlərlə bağlı təşkilat rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verib.