“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb. Qeyd edib ki, Müsavatın ölkə tarixinin azsaylı demokratik, şəffaf seçkilərindən birini təşkil edən qurultayını saxta adlandırır, bu qurultayı keçirən, partiyanın bütün rəhbərliyini əhatə edən Təşkilat Komitəsinin konsensus əsasında qəbul etdiyi qərarlarını qanunsuz elan edir, paritet əsaslarla formalaşmış komissiyanın videokameralar qarşısında, canlı yayımla keçirdiyi şəffaf seçkilərin nəticələrini qəbul etmir, qurultayın sədarətini və katibliyini sənədləri saxtalaşdırmaqda suçlayır, partiyanın Məclisini, Divanını, MNTK-sını, rayon təşkilatını tanımır, aylarla hökumət saytlarında və TV kanallarında Müsavata qarşı qarayaxma kampaniyası aparır, partiya başqanının müavininə qanunsuz hökm çıxarıldığı məqamda, partiyadan çıxmış və qovulmuş adamlarla birlikdə hakimiyyət mediasını da dəvət edib partiya qarşısında tamaşa düzəldir, üzvü olduğu partiyanın ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət etməklə hədələyir: “Bütün bunlardan sonra " hakimiyyətin maraqlarına xidmət edirsən" deyənləri "vicdansız", ona qarşı Nizamnamə tələblərini tədbiq edənləri "diktator" adlandırır. Dedikləri "İnnovativ texnologiya" budurmu?”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər